İran Fazil Mustafanın öldürüldüyü barədə məlumat yaymağa tələsib (FOTO)

İran Fazil Mustafanın öldürüldüyü barədə məlumat yaymağa tələsib (FOTO)

İİKK-nin (İslam İnqilabı Keşikçiləri Korupusu” teleqram kanalı 28 mart saat 23.08-də belə bir məlumat yayıb: "Anti-İran və anti-İslam bəyanatları ilə tanınan Azərbaycan parlamentinin üzvü Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb”.

Bu məlumat internetdə sui-qəsddən yarım saat sonra yayılıb. Hələ Azərbaycan KİV-ləri və bir çox dövlət orqanları bu barədə bilmirdilər. Həmin vaxt Mustafanın vəziyyəti haqqında da heç nə məlum deyildi.

Bütün bunlar İran xüsusi xidmət orqanlarının və İran casuslarının bu sui-qəsddə əli olmasının dolayı dəlilidir.

Bu məlumatda Azərbaycanlı deputata verilən xarakteristika da öz sözünü deyir.(Turan)
 
Açiq mənbələrdən foto.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az