"İran İraqı işğal edir" - Trampdan sensasion "tweet"
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran Vaşinqtonun trilyonlar xərclədiyi İraq üzərində nəzarət dayanmadan ələ keçirir.
"İran sürətlə İraqı hissə-hissə udur. Hətta ABŞ-ın ora 3 trilyon dollar xərcləməsinə baxmayaraq bu proses davam edir. Bu artıq çoxdan hamıya məlumdur!”, - deyə Tramp vurğulayıb.
AzVision.az xəbər verir ki, bu barədə prezident öz "Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, 2003-cü ildə ABŞ Səddam Hüseyn rejimini devirmək üçün iraqa daxil olub. Daha sonra ABŞ qoşunlarının əsas hissəsi bu ölkədən çıxarılıb. Həmin vaxtdan etibarən İraqda güclü mərkəzi hakimiyyət yoxdur. Hökumət ölkənin bir neçə regionuna faktiki olaraq nəzarət edə bilmir.
Rəsmi Tehran İraq əhalisinin əhəmiyyətli hissəsinin şiə olmasına görə Bağdad üzərində güclü təsirə malikdir. 1979-cu ildə İslam İnqilabından sonra ABŞ İranı regionda ən böyük rəqibi hesab edir.
Miq.Az