İran prezidenti Ermənistana gedir - SƏFƏR PROQRAMI

İran prezidenti Ermənistana gedir - SƏFƏR PROQRAMI

İran prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. H. Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək.

Bir günlük səfər zamanı  H. Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında  bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

Səfərdə İran prezidentini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.(APA)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az