İran Rusiyaya "Fateh-110" və "Zülfüqar" ballistik raketləri verir - "The Washington Post"
İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiya Federasiyasına ötürməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatının gəldiyi nəticədir.
Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar. Bu barədə Washington Post-a iki amerikalı məmur məlumat verib.
Qeyd olunur ki, artıq zavodlarda "Fateh-110" və "Zülfüqar" raketlərinin ilk partiyası hazırlanır. Bu qısa mənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.
Nəşrin məlumatına görə, İran Yaxın Şərqdə qısa və orta mənzilli raketlərin ən böyük və ən müxtəlif arsenallarından birinə malikdir.
"Fateh-110 və "Zülfüqar"-ın ən yeni versiyaları həm güclü, həm də nisbətən qısa məsafələrdə kifayət qədər dəqiq hesab olunur. Bəzi modellər raket operatorlarına hədəfə son yaxınlaşma zamanı onları idarə etməyə imkan verən elektro-optik yönləndirmə sistemləri ilə təchiz olunub", - deyə qəzet yazır.
Ukraynaya qarşı müharibədə İranın köməyi
Avqustun ortalarında Rusiyanın İran tərəfdən 1000 ədəd kamikadze tipli pilotsuz uçan aparatı aldığı məlum olub. İran rəsmi olaraq Rusiya Federasiyasına pilotsuz təyyarələrin verilməsini inkar etməkdə davam edir. Bunun fonunda Ukrayna İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək barədə kəşfiyyat məlumatlarını bölüşmək istəyi ilə İsrailə müraciət edib.
Ukrayna kəşfiyyatının məlumatına görə, ümumilikdə Rusiya İrandan 2400 pilotsuz vasitə sifariş edib.
Ukrayna müdafiəçiləri sentyabrın 13-də Xarkov vilayətində ilk İran pilotsuz vasitəsini vurublar. Sentyabrın 23-də isə Ukrayna zenitçiləri "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurdular. İndi bu pilotsuz uçuş aparatı Ukrayna Silahlı Qüvvələrində istifadə olunur.
Oktyabrın 10 və 11-də rus qoşunları Ukraynaya kütləvi şəkildə hücum etdi. Müxtəlif növ raketlərlə yanaşı, kamikadze dronlardan da istifadə edilib. Rusiya Krivoy Roqa da kritik infrastruktura hücum etmək üçün pilotsuz vasitələr göndərmişdi. Vinnitsa bölgəsində istilik elektrik stansiyasına də İran PUA-ları ilə hücum edilmişdi.