İrandan Ermənistana xəbərdarlıq: “Sərt reaksiya verəcəyik!”

İrandan Ermənistana xəbərdarlıq: “Sərt reaksiya verəcəyik!”
Aprelin 3-də Ermənistanı silahlı qüvvələrinin atdığı üç top mərmisi İran İslam Respubliksanın ərazisinə düşüb. İRNA xəbər verir ki, baş verən hadisə ilə bağlı İranın Müdafiə Nazirliyi rəsmi xəbərdarlıq edib. Məlumatda bildirilir ki, münaqişə tərəflərindən onun ərazisinə hətta təsadüfən belə nöbvəti mərmi düşsə qətiyyətli tədbirlər görüləcək. 

İran Ermənistanın Azərbaycana atdığı minomyot mərmilərindən 3-ünün öz ölkələrinin ərazisinə düşməsiylə bağlı İrəvana xəbərdarlıq edib. 

İran KİV-lərində yayılan xəbərlərə görə, İran tərəfi istənilən təcavüzə sərt reaksiya verəcəklərini bəyan ediblər. "Hazırda Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib. Lakin ölkə ərazimizə qarşı istənilən təcavüzə sərt reaksiya verəcəyik”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Ermənistan tərəfindən həyata keçirilən təxribat nəticəsində Azərbaycana atılan mərmilər Şərqi Azərbaycan vilayətində yerləşən Xudafərin rayonunun kəndinə kəndə düşüb. 

Dağıntılar və itkilər barədə isə hələki məlumat yoxdur. 

Qeyd edək ki, iki gündür davam edən döyüşlərlə bağlı məlumat əldə etmək, vəziyyəti öyrənmək üçün İranın Müdafiə Naziri Azərbaycan və Ermənistanla telefon əlaqəsi saxlayıb. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az