İrandan qalxıb İŞİD-i bombalayan Rusiya təyyarələri -Pentaqon

 İrandan qalxıb İŞİD-i bombalayan Rusiya təyyarələri -Pentaqon

"Rusiyanın İrandakı hərbi hava bazasından həyata keçirdiyi uçuşlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçu qruplaşmasına qarşı yönəlmiş fəaliyyətlərinə təsir göstərmədi".

"Report"un verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi, polkovnik Kristofer Qarver Rusiya təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalamasına münasibət bildirərkən deyib.

"Rusiya beynəlxalq koalisiyanı təhlükəsiz uçuşlara dair birgə müqaviləyə uyğun olaraq məlumatlandırıb. Uçuşlar beynəlxalq koalisiyanın hərəkətlərinə təsir göstərməyib", - deyə o vurğulayıb.

Qeyd edək ki Rusiya "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələrini İranın Həmədandakı bazasına yerləşdirib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bombardmançı təyyarələr bu gün İŞİD və "Ən-Nüsrə Cəbhəsi" terror qruplaşmalarının Suriyanın Hələb, Deyr əz-Zor və İdlib vilayətlərindəki mövqelərini bombalayıb. Rusiya aviasiyasının Serakab, Əl-Bab, Hələb və Deyr əz-Zor bölgələrində silah, sursat, yanacaq-sürtkü materialı olan beş anbara, eləcə də yaraqlıların hazırlıq keçdiyi düşərgəyə hava zərbələri vurduğu qeyd olunub.

Eyni zamanda, terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.

"Al-Masdar News" portalının məlumatına görə, Rusiya və İran arasında bu yaxınlarda təyyarələrin yerləşdirilməsi ilə bağlı bağlanmış saziş Suriyadakı hədəflərə çatmaq üçün tələb olunan zamanı 60% azaltmağa imkan verəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az