İranın Qarabağ mövqeyi AÇIQLANDI

İranın Qarabağ mövqeyi AÇIQLANDI
"Atəşkəs rejimi Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll olunana qədər qüvvədə olmalıdır".

Miq.az azvision.az-a istinadən bildirir ki, bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. 

XİN rəhbəri bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: "İran tərəfi hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır".

Ermənistanın xarici işlər naziri ilə telefonla danışdığını bildirən Zərif vurğulayıb ki, atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az