İranlı hakerlər aralarında Türkiyənin də olduğu 16 ölkəyə kiberhücum həyata keçirib.
İranlı hakerlərin hücumu Kaliforniyada yerləşən “Cylance” təhlükəsizlik şirkəti tərəfindən iki il ərzində aparılan virtual araşdırmalar nəticəsində ortaya çıxıb.
Şirkətin hesabatına görə, İran 16 ölkədə mühüm əhəmiyyətə sahib enerji, nəqliyyat və səhiyyə xidmətlərinin də olduğu 50 nöqtəyə kiberhücum təşkil edib. İranlı hakerlər Türkiyə, ABŞ, Kanada, İsrail, Hindistan, Qətər, Küveyt, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, Çin və Cənubi Koreyaya qarşı kiberhücumla gizli saxlanılan məlumatları ələ keçirməyə çalışıb.
“New York Times” nəşrinin xəbərinə görə, digər təhlükəsizlik şirkəti “Crowdstrike” isə son doqquz ay ərzində iranlı hakerlərin kiberhücum təşkil etdiyini müəyyənləşdirib.
“Cylance” hesabatına görə, hakerlər ABŞ Hərbi Dəniz Qüvvələrinin kompüter şəbəkəsinə daxil olaraq dənizçilər və mülki vətəndaşlar arasındakı ünsiyyətə müdaxilə edib. Bundan başqa hakerlərin hava yolları şirkətləri, enerji şirkətləri və avtomobil istehsalçılara aid məlumat bazasına daxil olduğu müəyyənləşdirilib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib