İraq ordusunun iki generalı öldürülüb

İraq ordusunun iki generalı öldürülüb
Bağdadın qərbində yerləşən Ramadi şəhəri yaxınlığında intiharçı-terrorçunun törətdiyi terror aktı nəticəsində İraq ordusunun iki generalı öldürülüb.

Vətəninfo.az-ın məlumatına görə, "Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda İraq polisi məlumat yayıb.

Terrorçu içərisində partlayıcı olan maşını Ramadi yaxınlığında orduya məxsus avtomobil karvanına çırpıb.

Qeyd edək ki, Ramadi Anbar əyalətinin mərkəzi şəhəridir. Bu bölgədə İraq ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir. İntiharçı-terrorçunun da İŞİD üzvü olduğu bildirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az