İraqda 11 nazir vəzifəsi ləğv edilib

İraqda 11 nazir vəzifəsi ləğv edilib
İraqın baş naziri Heydər əl-İbadi Nazirlər Kabinetinə daxil olan 11 nazirliyi və nazir vəzifəsini ləğv edib.

Bu haqda "BBC" məlumat yayıb.

Baş nazir bunu hökumətdə islahatlar çərçivəsində, o cümlədən korrupsiyaya qarşı mübarizə aparmaq üçün dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə etdiyini bildirib.

Qeyd edək ki, bu ixtisardan sonra İraqda nazirlərin sayı 33-dən 22-ə enib. Əl-İbadinin həyata keçirməyə başladığı islahatlar çərçivəsində baş nazirin müavinlərinin sayının azaldılması və üç müavin vəzifəsinin də ləğv edilməsi nəzərdə tutulub.

"Report" 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az