İraqda qaçırılan 16 türk buraxıldı

İraqda qaçırılan 16 türk buraxıldı
Türkiyənin baş naziri Əhməd Davutoğlu bir müddətdir Bağdadda qaçırılan 16 türk işçinin sərbəst buraxıldığını açıqlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Davutoğlu "Twitter”dən işçilərin Bağdaddakı səfirə təslim edildiyini və işçilərin sağlıq vəziyyətlərinin yaxşı olduğunu vurğulayıb:
"Bir müddətdir Bağdadda saxlanılan 16 işçimizi az əvvəl Bağdaddakı səfirimizə təslim ediblər. Bəzi işçilərimizlə telefonda danışdım. Çox şükür, sağlamlıqları yerində.
Ən qısa müddətdə məmləkətə dönmələri üçün bütün hazırlıqlar edilir. Bu müddət içində işçilərimiz üçün çox səy göstərən bütün iraqlı dostlarımıza ürəkdən təşəkkür edirəm.
İşçilərimizin yaxınlarına da keçmiş olsun diləklərimi çatdırıram. İraqın yenidən abadlığı üçün bu günə qədər olduğu kimi hökumətimiz, şirkətlərimiz və insanımızla İraqın yanında olmağa davam edəcəyik”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az