İraqdan sonra İrana girməliyik – Türk general

İraqdan sonra İrana girməliyik – Türk general

Şimali İraq terror hövzəsi olmaqdan çıxıb. Artıq bölgəyə ağır silah belə daşıya bilmirlər.

Miq.Az xəbər verir ki, bunu türkiyəli briqada generalı Abdullah Kılıçarslan deyib.

"Çünki burada özlərini təhlükəsiz hiss edəcək yerləri yoxdur. Hazırda mehmetçiyimiz 19 nöqtədə baza qurub. Son əməliyyatla daha əvvəl təsbit edilən və kritik əhəmiyyətli mərkəz nöqtələri məhv edildi”, - Kılıçarslan vurğulayıb.

O bildirib ki, Suriyadan sonra ən böyük təhlükə İran sərhədidir:

"İran-Türkiyə sərhədinə nəzarət çox vacibdir. Bu, Qəndili məhv etmək qədər önəmlidir. Biz ya Tehranla siyasi-diplomatik əlaqələr, ya da təhlükəsizlik tədbirləri ilə bu təhlükəni aradan qaldırmalıyıq”.

Qeyd edək ki, Türkiyə ordusu İraqda terrorçulara qarşı "Pəncə-Qıfıl” əməliyyatı aparır.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az