İrəvan mina xəritələrini təhvil verməlidir! - XİN

İrəvan mina xəritələrini təhvil verməlidir! - XİN
2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb.

Miq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl Ermənistan istehsalı olan 2021-ci il üçün minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.

"Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir", - XİN-dən bildirilib.

Qeyd edək ki, aprelin 12-də Laçında daha 1 nəfər mülki şəxs minaya düşmüşdü.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az