İrəvanda etirazlar başladı: Müdafiə nazirinin istefası tələb olunur

İrəvanda etirazlar başladı: Müdafiə nazirinin istefası tələb olunur

İrəvanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə etiraz yürüşü keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ölən hər bir silahlı erməni ailəsinə dövlət büdcəsindən 30 min dollar, yaralılara isə minimum 5 min dollar məbləğində maliyyə yardımı ayrılmasını, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefasını tələb edirlər.

Bundan başqa, yürüş iştirakçıları Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, "bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi" kimi tələblər irəli sürüblər. 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az