İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi (FOTO)

İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi (FOTO)
Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.
 
Miq.az Teleqraf.com-a  istinadən xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə "çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.
 
Ofisiant pulun Azərbaycan qəpiyi olduğunu öyrənəndən sonra müştərinin əyləşdiyi masaya yaxınlaşıb və onun üzərində latınca yazılan siqaret qutusunu unutduğunu görüb. Ofisiant bir neçə gündür kafeyə gələn və həmişə eyni masada əyləşərək kağız üzərində latınca qeydlər aparan müştəridən haralı və hansı peşənin sahibi olduğunu soruşduğunu bildirib. Onun sözlərinə görə, müştəri isə cavabında amerikalı müəllim olduğunu deyib.
 
Kafedə çalışanlar müştərinin 5 qəpik verdiyini biləndən sonra onun fotoşəklini çəksələr də, sözügedən şəxsin üzü fotokameraya düşməyib.
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az