İrəvanda yeni Azərbaycan qorxusu
Gürcüstan öz magistral kəmərlərini istənilən xarici şirkətə sata bilər və beynəlxalq qanunlara görə, Ermənistan heç cür bu məsələyə müdaxilə edə bilməz
Ermənistan paytaxtında Azərbaycanla bağlı yeni həyəcan dalğası başlayıb.
İstiPress-in "Lragir”ə istinadən verdiyi xəbərə görə, Ermənistan paytaxtının məlumatlı adamları Azərbaycanın qış vaxtı onları donduracağından ehtiyatlanmağa başlayıblar. Məsələ təbii qazla bağlıdır.
İş bu yerdədir ki, Ermənistan təbii qazı Rusiyadan alır və qazın nəql edildiyi kəmər Gürcüstandan keçir. İndi erməni paytaxtında həyəcan təbili çalınır ki, Gürcüstandan keçən magistral qaz kəməri Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən satın alına bilər.
Məsəlyə rəy bildirən erməni şərhçilər bunu ölkələrinin başının üstündən asılmış Domokl qılıncı kimi dəyərləndiriblər. Erməni şərhçi Akop Badalyan məsələ ilə bağlı yazıb:
"Gürcüstan Ermənistan üçün "həyat yoludur”. Bu, həm də Ermənistan - Gürcüstan münasibətlərinin üzərinə yüklənir. Çünki bu məntiqə görə, Gürcüstanın "həyat yolu” çərçivəsindən kənara çıxan istənilən addımı "erməni əleyhinə” və Ermənistan üçün təhlükə kimi dəyərləndirilir”.
Əslində, bu cür yanaşma məntiqsizlikdir və erməni şərhçi özü də məqaləsində bunun əsas günahkarının birtərəfli Rusiya yönümlü istiqamət götürmüş Ermənistan rəhbərliyi olduğunu bildirir. Yəni Gürcüstan öz magistral kəmərlərini istənilən xarici şirkətə sata bilər və beynəlxalq qanunlara görə, Ermənistan heç cür bu məsələyə müdaxilə edə bilməz.
Buna görə də İrəvan qonşuların suveren hüquqlarına müdaxilə etmək əvəzinə tutduğu işğalçılıq xəttinin yanlış olduğunu anlamalıdır. Əks halda, İrəvanda Azərbaycanla və digər qonşularla bağlı belə həyəcanlar çox olacaq. Südlə gələn sümüyə keçər deyir atalar. Belə getsə birinci erməni milli xəstəliyi - səbəbsiz mədə sancısı ilə yanaşı, səbəbsiz şizofrenik qorxu da ikinci erməni milli xəstəliyinə çevriləcək.
Miq.Az