İrəvanı KTMT qoruyacaq, Bakını isə... – Erməni ekspert

İrəvanı KTMT qoruyacaq, Bakını isə... – Erməni ekspert

Amerikalılar Rusiya rəhbərliyinə qarşı bütün ölkə sərhədləri boyunca konflikt nöqtələrini qızışdıraraq baş ağrısı yaratmağa cəhd edə bilər.

Axar.az xəbər verir ki, bunu "Sputnik Ermənistan”a müsahibəsində erməni hərbi ekspert Ayk Naapetyan söyləyib. Onun sözlərinə görə, Qarabağda da situasiyanın gərginləşdirilməsi Vladimir Putinə amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanan sürpriz ola bilər:

"Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistan Qarabağla hərbi ittifaq haqqında müqavilə imzalayacaq və ona hərbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərəfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan İrəvan KTMT-nin yardımını tam şəkildə istəmək haqqına sahibdir. Azərbaycan tərəfindən konfliktə Türkiyə qarışır. Türkiyənin arxasında isə aydındır ki, NATO dayanır. İndi məsələ odur ki, güc mərkəzləri genişmiqyaslı konfliktə hazırdırlarmı?”

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az