İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.

 

Manset.az məsələni dəqiqləşdirmək üçün AMEA prezidenti ilə əlaqə saxlayıb. İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:

 

"Mən əslində bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” – deyə İsa Həbibbəyli bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az