İsa Qəmbər Sərdar Həmidovu şəhid adlandırdı
İsa Qəmbər Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovu şəhid adlandırıb.
Siyasətçi bu barədə özünün facebook səhifəsində yazaraq bildirib ki, S.Həmidovu Qarabağ uğrunda gedən döyüşlərdə aldığı yaralar öldürüb:
"Şəhid budur!
1992-1993-cü illərdə Tərtərin qorunmasında həlledici xidmətləri olan Sərdar Həmidov vəfat edib. Onu döyüşlərdə aldığı yaralar və zindanda düçar olduğu xəstəliklər öldürdü. Şəhid belə olur”.
İ.Qəmbər S.Həmidovun övladlarına, qardaşı İskəndər Həmidova, yaxınlarına, bütün Tərtər camaatına başsağlığı verib.
Qeyd edək ki, S.Həmidovun səhhətində 2 gün öncə problem yaranıb. O, 1 saylı Mərkəzi Kliniki Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
S.Həmidov Tərtər Özünümüdafiə Batalyonunun komandiri olub. O, birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir S.Həmidov yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Miq.az