İŞİD 100-ə yaxın iraqlını girov götürüb

İŞİD 100-ə yaxın iraqlını girov götürüb
Terrorçu İŞİD qruplaşması İraqın qərbində yerləşən Anbar əyalətinin Əl-Fəlluca şəhərində 100-ə yaxın sakini girov götürüb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, ötən gecə terrorçu qruplaşma Əl-Fəllucanın qərbində bir sıra silahlı reyd keçirib. İŞİD qaçırdığı sakinləri İraqın qanuni hakimiyyəti ilə əməkdaşlıqda "ittiham edir".
Xəbərə əsasən, girovlar terrorçuların "həbsxanasına" aparılıb. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az