Suriyanın Türkiyə ilə həmsərhəd ƏlBab şəhərində terrorçu “İslam Dövləti” (İŞİD) qruplaşmasının silahlıları arasında baş vermiş atışmada azı 9 nəfər ölüb.
Oxu.Az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Bildirilir ki, ölənlərdən beşi Suriyadan vətəninə qayıtmaq istəyən əcnəbi yaraqlılardır.
Məlumata görə, əvvəllər İŞİD sıralarında döyüşmüş 10 xarici vətəndaş Türkiyəyə keçməyə cəhd göstərib.
Onlardan birinin Tunis vətəndaşı, digərlərinin isə avropalı olduğu bildirilir. Lakin İŞİD-in digər silahlıları qrupun sərhədi keçmək cəhdinin qarşısını alıb.
Baş vermiş atışmada Türkiyə ərazisinə keçmək istəyən 5 muzdlu, onlara mane olmağa çalışan İŞİD yaraqlılarından isə 4 nəfər ölüb.
Sağ qalan əcnəbilər İŞİD-in nəzarətində olan yerli həbsxanaya yerləşdirilib. Onların yaxın günlərdə edam ediləcəyi gözlənilir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev