İŞİD İraqda ağır itkilər verib

İŞİD İraqda ağır itkilər verib

Suriyanın Xüms şəhərini ələ keçirərək 230 sakini əsir alan İŞİD İraqda ağır itkilər verib.

Vətəninfo.az Strateq.az-a istinadla xəbər verir ki, ölkənin həm şimalında, həm də cənubunda "qarabayraqlı”lara qarşı hərbi əməliyyatlar keçirilib.

Bağdadi vilayətinin polis müdiri Qasım Ubeydinin Anadolu Agentliyinə verdiyi məlumata görə, koalisiya qüvvələrinin hava hücumları nəticəsində Qüsriyyat qəsəbəsində 39 İŞİD-çl həlak olub, 11 hərbi texnika sıradan çıxarılıb.

Kürd silahlı qüvvələri peşmərgənin də Mosulun 120 km. qərbində yerləşən Sincar qəsəbəsinə hücum edən İŞİD-çiləri geri oturtduqları bildirir. Xəbərin qaynağı yüzbaşı Şirzad Zaholinin verdiyi məlumata görə, qəsəbənin müdafiəsi zamanı 13 "xilafətçi” öldürülüb. Zaholi həmçinin koalisiya qüvvələrinin Sincarın güneyindəki Bəac qəsəbəsinə hava hücumları nəticəsində 15 İŞİD-çinin sıradan çıxarıldığını deyib.

Məlumatlara inansaq, xilafətçilər ən böyük uğursuzluğu Mosul şəhərində yaşayıblar. Şimali İraq kürd muxtariyyatına bağlı Rudaw.netin yerli qaynaqlara istinadən bildirdiyinə görə, koalisiya qüvvələri Mosulun cənubunda bir silah anbarını partladıblar. Partlayış nəticəsində aralarında 2 əmirin də olduğu 26 İŞİD silahlısı ölüb. Partladılan silah anbarının İŞİD-ə aid ən böyük cəbbəxana olduğu bildirilir. Cəbbəxanadakı xeyli ağır və yüngül silahlarla yanaşı, çox sayda "Hammer” markalı maşın da sıradan çıxarılıb.

İraqda İŞİD-ə aid hərbi texnika və silahların yox edilməsi əməliyyatöncəsi düşməni zəiflətmə taktikası kimi izah olunur. Qeyd edək ki, İraq silahlı qüvvələrinin avqustda Mosulu xilasetmə əməliyyatına başlayacağı bildirilmişdi. Hazırsızlıq səbəbindən dəfərlərlə təxirə əməliyyatın bu ayın ortalarında keçiriləcəyi gözlənilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az