Səlahəddin Şişaninin İŞİD və digər radikal qruplaşmalarla apardığı sülh müzakirələri nəticəsiz qalıb.
Publika.az xəbər verir ki, İŞİD-lə döyüşən “Ahraruş-Şam”, “Əl-Nusra” Cəbhəsi və İslami cəbhələri arasındakı atəşkəs danışıqları nəticə verməyib. Silahlı qruplaşmalar Suriya hökumətinin Hələb şəhərini mühasirəyə aldığı bir zamanda İŞİD-lə atəşkəs razılığına gələ bilmək üçün çeçen komandir Səlahəddin Şişanini vasitəçi seçiblər. Amma “Ənsar” Ordusunun lideri Səlahəddin Şişaninin apardığı danışıqlar nəticəsiz qalıb.
Şişani İŞİD-in qalası kimi tanınan Rakka şəhərinə gedərək, İŞİD liderləri ilə görüşüb. Lakin görüşdən əliboş qayıdıb. Şişani Liyramonda atəş altında verdiyi açıqlamada görüş barəsində danışıb. Çeçen komandir İŞİD-in bütün qruplaşmaları “mürtəd” adlandırdıqlarını deyib.
Səlahəddin Şişani həmçinin Rakkaya gedən zaman İŞİD tərəfindən ona “Səlahəddin Rakkaya bizə beyət etməyə gəldi” kimi yalan xəbər yaydığını vurğulayıb.
“Ənsar” Ordusunun lider Səlahəddin qruplaşmasının Doku Omarova beyət etdiyini bildirib. Qruplaşma Doku Omarovun öldürülməsindən sonra yeni” Qafqaz əmiri” Əli əbu Məhəmmədə beyət edib. Çeçen komandir “Allahın izni ilə beyətimiz qiyamətə qədər qalacaq” deyib.
Qeyd edək ki, o, özünə “Şişani” ləqəbi götürən növbəti səhra komandiridir.
Daha ətraflı videoda:
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib