İŞİD döyüşçüləri Suriyanın Kobani şəhərinə daxil olduğu bildirilir.
Strateq.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Şəhər bir neçə ay bundan öncə kürd qoşunları tərəfindən İŞİD -dən geri alınmışdı.
Suriyada İnsan Haqlarının Müşahidəsi təşkilatından bildirilib ki, Suriya-Türkiyə sərhədində yerləşən şəhərin mərkəzində baş vermiş şiddətli döyüşlərdə bir neçə nəfər qətlə yetirilib.
Bu həftənin əvvəli Kürd Xalq Mühafizə Bölmələri (YPG) bildirib ki, onlar İŞİD qərargahının yerləşdiyi Rakkadan 50 km məsafədə yerləşən önəmli Ain İssa şəhərini ələ keçiriblər.
Rakka faktiki olaraq İŞİD tərəfindən elan edilmiş xəlifənin paytaxtıdır.
“İD Türkiyə ilə sərhəd keçidi yaxınlığında bomba yerləşdirib”-deyə Suriyada İnsan Haqlarının Müşahidəsinin direktoru Rami Abdel Rəhman bildirib. O əlavə edib ki, cümə axşamı səhəri döyüşlər hələ də davam edib.
Səhiyyə işçilərinin bildirdiyinə görə, indiyə qədər ən azı 12 nəfər həlak olub və təxminən 70 nəfər xəsarət alıb. Dörd il davam etmiş silahlı münaqişə nəticəsində 200000-dən çox suriyalı həyatını itirib. Hökumət əleyhinə etiraz aksiyaları kimi başlamış münaqişə daha sonra vətəndaş müharibəsinə çevrilib.
Prezident Əsədə sadiq qüvvələrlə müxalifət – eyni zamanda cihadçı İD döyüşçüləri - arasında baş verən döyüşlər nəticəsində 11 milyondan çox insan evlərini tərk etməli olub.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”