Bir müddət öncə Türkiyənin Mosuldakı baş konsulluğuna hücum edərək 49 nəfəri əsir götürən İŞİD-lə bağlı yeni məlumatlar ortaya çıxıb.
Polisə ifadə verən konsulluq işçisinin sözlərinə görə, konsulluğun döyüşə girmədən boşaldılmasının və təslim olmasının səbəbi, "Türkiyə müsəlman ölkədir, İŞİD bizə toxunmaz" düşüncəsi olub.
O bildirib ki, basqın zamanı konsulluqda İŞİD silahlıları tərəfindən 2 milyon avro ələ keçirilib:
"Basqından sonra Mosuldakı konsul Öztürk Yılmazın kimliyi İŞİD üzvlərindən üç gün gizli saxlanılıb. Amma onlar Yılmazın kim olduğunu öyrənəndən sonra konsulluğun içində iki milyon avro olan çantasını ələ keçirdilər. Basqından öncə bütün mühüm sənədlər məhv edildiyindən İŞİD-in əlinə keçməyib".
Məlumata görə, 49 girov xilas edildikdən sonra konsul başda olmaqla hamısının ifadəsi alınıb və yeni detallar ortaya çıxıb. Ancaq bütün bunlara baxmayaraq, İŞİD-in Türkiyəyə məxsus 2 milyon avronu ələ keçirməsi ilə bağlı Milli İstihbarat Təşkilatı və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib