İsrail KİV: “Ermənistan insafsız müharibə aparır”

İsrail KİV: “Ermənistan insafsız müharibə aparır”
İsrail Ermənistanın Azərbaycana qarşı təcavüzünə lazımi qiymət verməli və Dağlıq Qarabağ münaqişəsinin hazırda kəskinləşməsi vəziyyətində rəsmi Bakını dəstəkləməlidir.
 
Trend-in məlumatına görə, bu barədə İsrail Barukun " Yerusalem Post"da dərc edilmiş məqaləsində deyilir.
 
Müəllif yazır ki, Qərbin regiondakı "açar" tərəfdaşı Azərbaycan insafsız müharibə aparan düşmənlə üzləşir: "Ermənistan eyni zamanda, kütləvi informasiya vasitələrini və ictimaiyyəti terrora məruz qoyur".
 
Məqalədə deyilir ki, erməni təbliğatçıları islamofobiyanın artmasından istifadə edərək ictimaiyyətin həqiqəti bilməməsinə çalışır: "Bu münaqişəni daim xristian ermənilər ilə müsəlman azərbaycanlılar arasındakı münaqişə kimi təqdim edən Ermənistan Qərbdə ictimai fikrin şəfqətini qazanmağa çalışır".
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az