İsraildə Ermənistanın təxribatı ilə bağlı Azərbaycana dəstək askiyası keçirilib

İsraildə Ermənistanın təxribatı ilə bağlı Azərbaycana dəstək askiyası keçirilib
 İsraildə Azərbaycana dəstək aksiyası keçirilib.
 
APA-nın xəbərinə görə, İsrailin Netanya şəhərində keçirilən aksiya "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı və "Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppası tərəfindən təşkil olunub.
 
Aksiyanın keçirilməsində məqsəd aprel ayının əvvəllərində Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı Azərbaycana dəstək vermək olub.
 
Aksiyada 50-dən çox adam iştirak edib. Aksiya iştirakçıları 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı dəhşətlərini nümayiş edən plakat hazırlayıblar.
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az