İsrailin baş naziri Azərbaycana səfər edəcək – RƏSMİ

İsrailin baş naziri Azərbaycana səfər edəcək – RƏSMİ

Səfərin yaxın üç ay ərzində həyata keçirilməsi nəzərdə tutulur

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək.

"Report” xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında məlumat verib.

Netanyahu səfərin yaxın üç ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baş nazir Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.

İsrailin baş naziri sözügedən üç ölkəyə bu günə qədər səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü olub. Netanyahu təqribən 20 il əvvəl Bakının hava limanında Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə görüşüb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az