İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq

İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq

"İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq. "Palmali Holding”in qurucusu, azərbaycanlı iş adamı Mübariz Mənsimov Beşiktaş Bələdiyyəsinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb və razılıq əldə edilib."

Miq.az xəbər verir ki, "Palmali Holding”in mətbuat xidməti tərəfindən verilən məlumata görə Mübariz Mənsimov sözügedən parkla bağlı Beşiktaşda uyğun yer axtarır:

 "Hal-hazırda layihəni həyata keçirmək üçün Beşiktaşda uyğun yer axtarılır. Xatırladaq ki, bundan əvvəl İstanbulda Heyder Əliyev adına və Azərbaycan-Türkiyə qardaşlıq parkları məhz Mübariz Mənsimov tərəfindən salınıb. Vurğulamaq lazımdır ki, Beşiktaş İstanbul şəhərinin ən dəyərli, prestijli, strateji və ən mərkəzi bölgəsi sayılır."-deyə məlumatda qeyd olunub. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az