Vətəninfo.az xəbər verir ki, Türkiyə milli komandasının və və “Qalatasaray” Furbol Klubunun əfsanəvi futbolçusu, AK Oartiyadan Türkiyə Millət Məclisinə İstanbul millət vəkili olaraq seçilən hakan Şükür AK Partiyadan istefasının səbəbləri ilə bağlı Türkiyə mediasına maraqlı açıqlama verib.
Hakan Şükür bildirib ki. Qəti şəkildə bildirir ki, AK partiyanın öndə gələn simalarından olmaqla bərabər, eyni zamanda o dövürdə partiyanın sədri Rəcəb Taiib Ərdoğana yaxın olan simalardan biri o partiyadan istefa etmədən üx həftə əvvəl ona “hazırlaş səni nazir qoyacağıq.hazırlıqlarını bu istiqamətdə apar” deyib. Hakan Şükür qeyd edib ki. əgər lazım olarsa həmin şəxsin adını belə açıqlaya bilər.
“Hətta istefa etdikdən sonra, telefonlarımı söndürmüşdüm. Həmin o AK Partiyada rəsmi şəxslər yaxınlarıma zəng edərək məni istefa etmək düşüncəmdən yayındırmalarını istəyiblər. Onu da bildiriblər ki, “Hakan Şükürü nazir qoyuruq partiyadan istefa etməsin” belə deyiblər.
Əfsanəvi futbolçu qeyd edib ki. O hansısa bir hadisəyə görə partiyasından istefa verməyib.
“Amma “Xoca əfəndi (Fətullah Güləni nəzərdə tutur) istədi deyə istefa etdi” deyə söz çıxardılar. Heç əlaqəsi belə yoxdu mənim istefamın Fətuillah Gülənlə.Daha əvvəl də partiyadan istefa etmək istəyimlə bağlı bəzi millət vəkili dostlarımın yanında söz açmışdım. Hamısı da bilirdilər ki, mən istefa verəcəm”. Hakan Şükür AK Partiyadan istefa verən digər millət vəkili həmkarı İdris Balın yeni bir siyasi partiya qurmaq yolunda attığı addımlarla bağlı verilən sualın cavabında isə bildirib ki, onun yeni qurulacaq partiyaya qoşulacağı ilə bağlı səslənən fikirlərdə əsassızdır. “Əgər İdris bəy ona partiya quruculuğunda dəstək olması üçün istərsə köməyimi də əsirgəmərəm”.
Türkiyə mətbuatının iddiasına görə, Hakan Şükürün nazir olması üçün o dövürdə baş nazir olan Rəcəb Taiib Ərdoğandan xahişi, hazırda əhməd davudoğlu hökumətində dövlət naziri və baş nazirin müavini postunu tutan Bülənd Arınc olub.Hakan Şükürün AK Partiyadan istefasını istəməyən və hökumətdə gənclər və idman naziri postunu Hakan Şükürün tutmasını istəyənin Bülənd Arınc olduğu iddia edilir.
Vətəninfo.az