İtaliyada COVID-19-u məhv edən vaksin hazırlanıb

İtaliyada COVID-19-u məhv edən vaksin hazırlanıb

İtaliyalı alimlər koronavirusu məhv etmək gücündə olan ilk vaksini yaratdıqlarını bildiriblər.

Bu barədə "Daily Mail” agentliyi məlumat verib.

Vaksin laboratoriyada siçanlar üzərində sınaqdan keçirilib.

Gəmiricilərə iynə vurulduqdan sonra onlardan anticisimlər götürülüb və sınaqların ilkin nəticələri göstərib ki, anticisimlər COVID-19-un insan hüceyrələrinə yoluxmasını dayandırmağa qadirdir.

Vaksinin insanlar üzərində sınağı bu ilin payızında başlanacaq.

Qeyd edək ki, İtaliya dünyada koronavirusun ən sürətlə yayıldığı ölkələr sırasında ilk beşliyə daxildir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az