İğtişaşda 20-yə yaxın adam yaralanıb-Batumidə

İğtişaşda 20-yə yaxın adam yaralanıb-Batumidə

Gürcüstanın Batumi şəhərində iğtişaş baş verib, 20-yə yaxın adam yaralanıb. Onların arasında polislər də var.

Etiraz aksiyasına yol hərəkət qaydasını pozan sürücüyə polis cərimə yazarkən onların arasındakı dialoq səbəb olub. Polisin sürücünü nəlayiq sözlərlə təhqir etdiyi iddia olunur. Bu isə vətəndaşlar arasında etiraz doğurub.

Yerli media xəbər verir ki, martın 12-də polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək, əksəriyyəti gənc olan etirazçıları dağıdıb.

Həbs olunanlar var, ancaq sonradan Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrishvilinin göstərişi ilə azad ediliblər.

Rustavi-2 televiziyası etirazçıların polis maşınlarını yandırmasını göstərən kadrlar yayımlayıb.

Etirazçılar yol polisinin rəisi Malxaz Batiaşvilinin istefasını tələb edirlər, iddia edirlər ki, onun vəzifəyə təyinatından sonra yol hərəkətinin pozulması ilə bağlı cərimələrin məbləği artıb./azadliq.org/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az