“İTV-nin etdiyi tərbiyəsizlikdir, tezliklə onların cavabı veriləcək” - Vüqar Səfərli

“İTV-nin etdiyi tərbiyəsizlikdir, tezliklə onların cavabı veriləcək” - Vüqar Səfərli

İctimai Televiziyada yayımlanan "3D” proqramında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında "Axtarılır” yazılıb.

Bildirilir ki, Dadaş Dadaşlinski KİVDF-nin icraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələr gətirərək bundan imtina edib. Telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.

Məsələylə bağlı "Gununsesi”nə açıqlamasında Vüqar Səfərli deyib ki, İTV onu həmin verilişə cəmi bir dəfə dəvət edib:

"Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.

KİVDF rəsmisi bildirib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.

"Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək” deyə, Vüqar Səfərli qeyd edib.                     

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az