Jirinovski Ərdoğanın müdafiəsinə qalxdı

Jirinovski Ərdoğanın müdafiəsinə qalxdı
Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib.

Oda.tv. xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib.

"Rossia 1” telekanalında yayımlanan verilişdə qonaq olan siyasətçi bildirib ki, Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etmək məcburiyyətindədirlər: "Biz Ərdoğanı müdafiə etməliyik. Gərək cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq”.(lent.az)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az