Jirinovski Qorbaçovu məhkəməyə verdi

Jirinovski Qorbaçovu məhkəməyə verdi
Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin qeydə aldığı iddia ərizəsi şərəf və ləyaqətin alçaldılması kateqoriyasına daxildir.
"Moskovskiy Komsomolets” qəzetinin məlumatına görə, Jirinovskinin sovet liderini məhkəməyə verməsinə səbəb Qorbaçmovun "Kremldən Sonra” kitabında onun haqda yazdığı ifadələr olub.

Kitabda təhqir olunduğunu iddia edən Jirinovski 1 milyon rubl təzminat tələb edir.

"Kremldən Sonra” kitabı 2014-cü ildə çap olunub. Qorbaçov kitabrında SSRİ-nin dağılmasından keçən 20 ili şərh edir və bir neçə yerdə Jirinovski barədə fikirlərini bölüşür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az