Kamil Musəvi: "Fəzail Ağamalı vəkilimi döydü" - VİDEO

Kamil Musəvi:

"Mən Fəzail Ağamalı ilə qarşıdurmaya getməmişəm. Əksinə, o, mənim vəkilimi döyüb və camaat da buna etiraz edib”. 

Bu sözləri Yenisabah.az-a 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musəvi bildirib.

Kamil Musavinin sözlərinə görə, həm dairədən namizəd olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının ona etiraz edənləri "sərxoş”, "nəşəli” adlandırması iftiradan başqa bir şey deyil. 

"Bəlkə, deyəydi, orada türmədən gətirdiyim adamlar olub, nə bilim vertolyot filanla adamlarla gətimişik? Ora toplaşan insanlar seçicilərdir. Onlar da Fəzail Ağamalıya etiraz ediblər. Bu adam mənim vəkilimi döydürüb, əlimizdə bununla bağlı videosübutlar var. Camaat da bundan xəbər tutub ona etiraz etməyə gəliblər”, - deyə Kamil Musəvi vurğulayıb.

Kamil Musəvi vəkilinin fiziki təzyiqə məruz qaldığını əks etdirən videonu da redaksiyamıza göndərib.

Deputat Fəzail Ağamalı bu gün Salyanda etirazla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif videolar yayılıb.

Fəzail Ağamalı isə Yenisabah.az-a bildirib ki, baş verənlər ona qarşı təxribatdır. 

"Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi”, - deyə AVP sədri qeyd edib.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az