Karapetyanın Qarabağ şərti- Erməni nazir "sülh əvəzinə torpağa" razı deyil
Ermənistanın baş naziri Karen Karapetyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində "ərazilərin əvəzinə sülh" prinsipinin tərəfdarı deyil.
"PanArmenian" saytının verdiyi məlumata görə, bu barədə o özü ötən gün keçirilən mətbuat konfransında açıqlama verib.
Miq.Az xəbər verir ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda doğulan, sonradan İrəvana köçən Karapetyan qeyd edilən varianta necə yanaşması barədə danışıb.
"Mən bu variantı tərəfdarı deyiləm". Amma nazir qarşılıqlı güzəştlər variantının müzakirə edilə biləcəyini də deyib. "Hansı qarşılıqlı güzəştlərdən söhbət getdiyinə baxmaq lazımdır. Qarşılıqlı güzəştlər ancaq ərazi ilə bağlı deyil, statusa da aid olmalıdır. Bu böyük məsuliyyətdir. Mən hazırda belə qərar verə biləcək insanın olduğunu görmürəm".
Görünür erməni məmurlar aprel ayının 2-də baş tutacaq seçkilərə ciddi cəhdlə hazırlaşırlar. Yenidən sadə erməniləri güc, qüvvələri haqqında yalanlara inandırmaqla onlar özlərinə xal toplamaq niyyətindədirlər.
Ermənilərin Qarabağla bağlı bir-birinin ardınca verdikləri bəyanatlar isə özlərinin piarından başqa bir şey deyil. /İstiPress/
Miq.Az