Keçmiş başçının bacısı oğlu dəhşətli qəza törətdi: 3 nəfər öldü

Keçmiş başçının bacısı oğlu dəhşətli qəza törətdi: 3 nəfər öldü

Şabranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Miq.Az xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Qəzada rayon sakinləri Babayev Cəlal Azad oğlu, Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb, digər rayon sakinləri - İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az