Keçmiş nazir üçün həbsxana yolu göründü – Prokororluq cinayət ittihamı irəli sürdü

Keçmiş nazir üçün həbsxana yolu göründü – Prokororluq cinayət ittihamı irəli sürdü

Ermənistanın keçmiş müdafiə naziri, "Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

"AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu yerli mediaya açıqlamasında bildirib.

Xatırladaq ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Ermənistan parlamenti fevralın 8-də baş prokurorun vəsatətləri əsasında Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az