Keçmiş polis zabiti həbsxanada öldü

Keçmiş polis zabiti həbsxanada öldü
Azərbaycanda məhkum vəfat edib.

Miq.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan, 1957-ci il təvəllüdlü Məcid Balış oğlu Quliyev xəstəlikdən dünyasını dəyişib.
 
Keçmiş polis zabiti, mayor olan M.Quliyev 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az