Əlövsət Əmirbəyli
"Həmin görüntüləri "Azərbaycan Universitetləri” səhifəsi yayıb. Nəzərinizə çatdırım ki, orda aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, Aşıq Ramin özü də orda olub, aşıq havasını sazda canlı ifa edib. Niyə bunlar yox, məhz Kəmalə Günəşliyə aid olan hissə yayılıb?! O tədbirdə təklif olunan mahnıları siyahıdan çıxarmışdıq. İfa olunan mahnı da rəsmi hissədən sonra olub. Lap tələbələr orada rəqs ediblər, bu, pis əməldir bəyəm? Xuliqanlıq etməyiblər, kiməsə sataşmayıblar”.
Ə.Əmirbəyli bu cür mahnıların yayılmasında televiziyaları günahlandırıb:
"O mahnıları Azərbaycanın bütün televiziyalarında səsləndirirlər. Bəs onlara niyə irad bildirən yoxdur?! Əslində, gənclərin bu cür mahnıları dinləməsinin əsas səbəbkarı məhz televiziyalardır! Bizi belə tanıtmaq yanlış siyasətdir. Necə olur, şəhid tələbəmizin xanımına diplom təqdim edirik, onu yayan olmur, amma tələbələrin rəqsini dərhal yayırlar?! Adamın musiqisi trend olub, qarşısını almağımız mümkün deyil.
Cəmiyyətə də bir söz deyə bilmərik. Camaat tənqid etdiyimiz mahnılara toyda rəqs edir. O haqda da yazsınlar da. Hər kəs rəqs edəndə yaxşıdır, tələbə rəqs edəndə dəhşətli hadisə baş verir?! Xəzər Universiteti yeganə universitetdir ki, kamera orkestri var və Azərbaycanın musiqi sənətinin ən gözəl incilərini səsləndirirlər. Gəlsin, həmin səhifə bunu da yaysın!”.
Watch on TikTok