Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu

 Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.

"Report”un məlumatına görə, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Anar Hüseynov "Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Xatıladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Prezident İlham Əliyevin aprel ayının 21-də imzaladığı sərəncam ilə vəzifəsindən azad olunub və Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az