“Kimsə müdaxilə edə bilməz” - Ərdoğan meydan oxudu

“Kimsə müdaxilə edə bilməz” - Ərdoğan meydan oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "CBS News” telekanalına müsahibə verib.
 
Ərdoğan Türkiyənin Rusiyadan "S-400” müdafiə sistemləri almasından sonra ABŞ-ın ölkəsinə "F-35” tədarükünü dayandırmasından danışıb.
 
"Hansı ölkədən, hansı formada müdafiə sistemləri almağımıza kimsə müdaxilə edə bilməz”, - Türkiyə lideri bildirib.
 
Jurnalistin "Görünür, Rusiyadan yeni "S-400” dəsti almağı planlaşdırırsınız?” sualına Ərdoğan "Bəli” cavabını verib.
 
"CBS News” Ərdoğanın açıqlamalarını "meydan oxuma" kimi qiymətləndirib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a meydan oxudu və Rusiya istehsalı olan yeni müdafiə sistemləri satın almağı planlaşdırdığını açıqladı”.
 
Telekanal Ərdoğanın ABŞ-ın Suriyadakı hərbi varlığı ilə əlaqədar geri çəkilməyə üstünlük verəcəyini bildirib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az