Vətəninfo.az xəbər verir ki, UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Trend-in UEFA-nın saytına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycandan yeddi komanda yer alıb. Bu həftə Avropa Liqasında "Partizan"a uduzan "Neftçi" bir pillə geriləyərək 191-i yerə düşüb. Hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici də "Neftçi"yə məxsusdur. İkinci ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın, "Tvente" ilə matçda xal qazanmasına baxmayaraq, mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 220-ci pilləni tutur. Ölkələr üzrə reytinqdə isə Azərbaycan əvvəlki kimi 30-cu pillədədir. Komandalarımızın son UEFA reytinqində mövqeyi isə aşağıdakı kimidir:
191. "Neftçi" (-1)
220. "Qarabağ" (mövqeyində dəyişiklik olmayıb)
266. "İnter" (mövqeyində dəyişiklik olmayıb)
300. "Xəzər Lənkəran" (+1)
345. "Bakı" (mövqeyində dəyişiklik olmayıb)
373. "Qəbələ" (-3)
374. AZAL (-1)
Reytinqə əvvəlkitək Çempionlar Liqasının son qalibi Madrid "Real"ı başçılıq edir. "Barselona" ikinci, "Bavariya" isə üçüncü yerdədir.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib