Kömrük Komitəsi Vergilər Nazirliyinin balansına verilə bilər

Kömrük Komitəsi Vergilər Nazirliyinin balansına verilə bilər

Fazil Məmmədov Gömrük Komitəsini nəzarətinə götürməyə hazırlaşır.

Son illər hakimiyyət daxilində mövcud olan quruplararası çəkişmələr haqqında mətbuat da kifayyət qədər məlumatlar dərc olunub.Hər bir xəbər yayılan zaman isə görünən o olub ki, qruplar bir-birini sıradan çıxarmaq üçün, ilkin olaraq biri digərinin nəzarətində olan sahəni ələ keçirməyə daha çox üstünlük verib. Yəni gəlirli və gözəyatımlı sahələr bunların əlində cəmləşib. Fazil Məmmədov vergi naziri postuna Kəmaləddin Heydərovun kadrı olaraq gətirilsə də, son günlər mətbuatda Fövqaladə Hallar Naziri ilə Fazil Məmmədovun münasibətlərinin soyuduğu iddia edilməkdədir.Bunun nə qədər həqiqətə uyğun olub-olmadığını demək çətindir. Amma belə bir atalar sözümüzdə var ki, “Od olmayan yerdən tüstü çıxmaz”. Yəni yayılan xəbərin yüzdə 50-60, uzağı 70 faizi yalan olsun. Amma ən azından həqiqət payı 30 faiz var. Elə Fazil Məmmədovla bağlı redaksiyamıza daxil olan məlumat da çox maraqlıdı.
“Vətəninfo.az” verilən məlumata görə, Təhsil Naziri Misir Mərdanov kimi, Fazil Məmmədovda qrup dəyişdirib və bu günə kimi mövcud olduğu qrupdan qoparaq başqa bir qrupa transfer olunub. Hazırda olduğu qrup isə, Vergilər Nazirinin hərəkət imkanlarını genişləndirmək üçün Dövlət Kömrük Komitəsini belə onun nəzarətinə verməyə hazırlaşır. Məlumatda qeyd edilir ki, DGK-si VN-nin balansına verilə bilər və bununla da F.Məmmədov ölkənin sərhədlərindən ölkəyə daxil olan və ölkədən kənara çıxarılan nə varsa hər birinə nəzarət etmiş ola bilər. Məlumatın dəqiqliyi təbii ki, komitənin nazirliyin balansına verilməsi ilə bağlı sərəncamın verilməsi ilə baş tuta bilər ki, hələlik belə bir sərəncam olmadığından, bunu dəqiq deməkdə çətindir.Amma bir sıra dövlət orqanlarının ləğvi və başqa bir quruma birləşdirilməsi məsələsini diqqətə alsaq, DGK-nin Vergilər Nazirliyinə birləşdirilməsi də mümkündür.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az