Kollecə qəbul olmaq istəyənlərin nəzərinə!

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə!

Ümumi orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının 2-ci mərhələsinin nəticəsi əsasında aparılacaq.

Miq.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, bu il 19 mindən artıq abiturient kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib:

"Onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında iştirak etmiş 4 min abiturient müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının 2-ci mərhələsində iştirak etməlidirlər. Tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az