Koronadan sağalan nazir: Qorxunc xəstəlikdir
Yeni tip koronavirus qorxunc xəstəlikdir.
Miq.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles xəstəlik dövründə yaşadıqlarını danışarkən deyib.
Nazir bildirib ki, əslində xəstəlik şiddətli deyildi:
"Ancaq gah ağırlaşır, gah da yüngülləşirdi. Səkkiz gün ərzində Londondakı evimdə özümü karantinə aldım. Bu müddət ərzində dad bilmək və qoxu duymaq hisslərimi yavaş-yavaş itirdim.
Bu, iradənizi və enerjinizi tükəndirən bir prosesdir”.
Miq.Az