Vətəninfo.az Britaniya mediasına istinadən xəbər verir ki, kraliyət ordusunda 100 yaxın əsgərin olduğu alayın komandiri olan zabit Hannah Vinterbome cinsi dəyişikliklə bağlı qərarın verilməsi prosesinin çox ağır olduğunu qeyd edib.

Ancaq hazırda orduda ona qarşı hansısa aqressiyanın olmadığını, cinsi dəyişikliyə görə qınağa tuş gəlmədiyini bildirib. Məlumata görə, 27 yaşlı Vinterboume kraliyət ordusuna “kişi” kimi yazılıb. Orduda mühəndis olaraq xidmət edən və 100 əsgərin olduğu alayın komandiri olduğunu vurğulayan Hannah Vinterboume bildirib ki, o özünü uşaqlıq illərindən qadın olaraq hiss edirmiş.

Vinterboume vurğulayıb ki, o Əfqanıstanda xidmət etdiyi dövürdə cinsiyyət dəyişikliyi etmək üçün qərar qəbul edib.

Cinsi dəyişiklik etməsi səbəbindən ingilis ordusundan xaric olunacağı qorxusu onda ciddi narahatlıq yaradıb. Amma bu istiqamətdə araşdırma aparıb və ortaya çıxan nəticə ondan ibarət olub ki, ingilis ordusu cinsi dəyişikliklə bağlı 1990-cı ildə qərar qəbul edib və orduda bu katiqoriyadan olan insanların xidmətdə qalmalarına hər hansı bir sıxıntı görməyib.

“İngilis ordusu bunu bir haqq olaraq tanıyıb. Amma cinsiyyət dəyişikliyini həyata keçirməklə bağlı qərar verməyim o qədər də asan olmadı. Orduda və ətrafımda necə qarşılanacağımı bilmirdim. Orduda mayor olaraq xidmət edirəm”-deyən Vinterboume bildirib ki, o bu qərarı verdikdən sonra, elə ölkəsində bu istiqamətdə bir neçə cərrahiyyə əməliyyatı keçirməli olub. Onun sözlərinə görə, cinsi dəyişikliyinə sahib olmaq üçün nə az,nə çox düz bir il əməliyyat masalarından qalxmayıb.

“Nəhayət bir il davam edən əməliyyatlardan sonra, ingilis ordusunun ilk transeksual mayor adına sahib oldum”.
Vətəninfo.az