Lalə Şövkət "Ədalət"in VİP-ə birləşməsinə qarşı çıxıb

Lalə Şövkət "Ədalət"in VİP-ə birləşməsinə qarşı çıxıb

Bir müddət öncə xəbər vermişdik ki, Ədalət Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) birləşə bilər. Hər iki partiya arasında bununla bağlı danışıqlar aparılır. Bu məsələyə aydınlıq gətirilməsi üçün VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, Artıq bir müddətdir, Azərbaycan Liberal (ALP), Azərbaycan Yaşıllar (AYP), Ədalət və Vətəndaş və İnkişaf (VİP) partiyaları arasında əməkdaşlığın qurulması istiqamətində davamlı müzakirələr aparılıb və danışıqlar hazırda da davam etdirilir. Bu proses çərçivəsində Ədalət Partiyasının sədri İlyas İsmayılov və VİP sədri Əli Əliyev arasında bir neçə dəfə görüş keçirilib. Bu görüşlərin biri AYP sədri Mayis Güləliyevin iştirakı ilə baş tutub. Bir daha qeyd edirik ki, aparılan müzakirələrin əsas predmeti ALP, AYP, Ədalət və VİP arasında əməkdaşlığın qurulmasıdır və davam etdirilən danışıqlarda Ədalət Partiyası ilə VİP-in birləşməsi məsələsi müzakirə mövzusu olmayıb.

Məsələ ilə bağlı redaksiyamıza daha bir maraqlı informasiya daxil olub. Etibarlı mənbədən "Vətəninfo.az" verilən məlumata görə, yuxarıda sözü gedən partiyalar arasında birləşmək haqqında ilkin razılıq əldə olunubdur. Yalnız ALP sədri Lalə Şövkətin məsləyə soyuq yanaşması birləşməni əngəlləyir. Xanım siyasətçi "Ədalət" Partiyasının sədri İlyas İsmayılovun hazırda tutduğu siyasi xətti qəbul etmədiyindən və onun səmimiyyətinə inanmadığından birləşməyə qarşı çıxıb. Mənbənin sözlərinə görə, ətrafındakılar Lalə Şövkəti buna inadırmağa çalışırlar ki, birləşmə yaxın zamanlarda baş tutsun. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az