Lavrovdan kritik Qarabağ açıqlaması

Lavrovdan kritik Qarabağ açıqlaması
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və Azərbaycanın siyasi iradəsindən və kompromisslərə getməyə hazırlığından asılıdır

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni mətbuatına müsahibəsində deyib.

Nazir qeyd edib ki, bir çox məsələlər üzrə razılıq əldə olunub: "Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromiss qərarlara getməyə hazır olmasından asılıdır".

S.Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının fəal iştirakçısı olaraq qalır.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az